Putin Türkiyəyə təşəkkür etdi
3 Oktyabr 2013 13:06 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Suriya məsələsində hərbi müdaxilənin dayandırılmasını istəyən və Rusiyanı dəstəkləyən ölkələrin adlarını açıqlayıb. O, Türkiyə, Fransa və İngiltərə kimi ölkələrin bu məsələdə Rusiya ilə eyni mövqe sərgilədiyini bildirib və buna görə də həmin dövlətlərə təşəkkürünü ifadə edib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin bunun təkcə Rusiyanın uğuru yox, həmçinin ABŞ prezidenti Barak Obamanın və BMT-in təhlükəsizlik şurasının da ortaq uğuru olduğunu bildirib.
Qeyd edək ki, Putinin bu qərarını Çin, Hindistan, Brezilya tərəddüdsüz qəbul edib.
Elcan
AzNews.az