Putin Obamanı ad gününə dəvət etdi

3 Oktyabr 2013 13:33 (UTC+04:00)
Rusiya və ABŞ prezidentləri oktyabrın 7-də İndoneziyada Suriyanın taleyi ilə bağlı müzakirələr aparacaq.

Bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov verib.

Məlumata görə, görüşün təşəbbüskarı Rusiya tərəfi olub.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Obamanı özünün ad gününə dəvət edib. Bu il oktyabrın 7-də Putinin 61 yaşı tamam olacaq.

Elnur
AzNews.az