Sarkisyandan qumarxana etirafı

3 Oktyabr 2013 13:40 (UTC+04:00)
Oktyabr ayının 2-də Strasburqda keçirilən Avropa Şurasının növbəti iclasında Ermənistan prezidenti Serj Sarkisyanı şok edən bir sual səslənib: "Cənab Sarkisyan, siz Avropada qumarxanaya gedib 70 milyon dollar uduzmusuz?"

AzNews.az-ın məlumatına görə bu sualın məzmunundan çox, sual verən şəxsin əslən erməni olması diqqəti çəkib. Qeyd edək ki, bu sualı verən şəxs - Zaruhi Postanciyan Avropa Şurası Parlament Məclisinin üzvü bir erməni əsilli deputatdır. O, ABŞ-da doğulub və hazırda Raffi Hovanisyanın lideri olduğu "Miras" partiyasının üzvüdür.

Zaruhi Postanciyan AŞPA-da çıxışını yekunlaşdırdıqdan sonra Sarkisyana gözlənmədik sual verib.

Bu sualdan təəccüblənən Sarkisyanın cavabı belə olub: "Qumarxana iddiası tamamən sizin xəyal məhsulunuzdur. Mən həyatı boyu qumarxanaya getməmişəm".

Rəhim Qədirov
AzNews.az