Torpaq sürüşməsi: 157 ölü

3 Oktyabr 2013 14:36 (UTC+04:00)
Meksika sahillərində baş verən qasırğa nəticəsində sel və torpaq sürüşməsi 157 nəfərin həyatına son qoyub.

Hökumət rəsmiləri keçən ayın sonunda tropik Manuel qasırğasının dağıntıya məruz qoyduğu Guerrero əyalətinin Acatepec bölgəsindəki vəziyyətdən narahatlığını ifadə edib. Rəsmi məlumatlara görə, şiddətli yağışdan sonra torpaq sürüşməsi və sel bölgədə böyük fəsada yol açıb.

Axtarış-xilasetmə işləri nəticəsində daha 10 nəfərin cəsədi tapılıb. Beləliklə də ölü sayı 157-yə çatıb.

Təbii fəlakət nəticəsində 175 min ev dağılıb. Dövlət başçısı Enriki Pena Nieto isə tikinti işlərinin aparılmasına qadağa qoyulan ərazidə ev tikintisi ilə bağlı istintaq aparılması barədə tapşırıq verib.

Rəhim Qədirov
AzNews.az