Sərnişin təyyarəsi yandı

3 Oktyabr 2013 14:44 (UTC+04:00)

Nigeriyada təyyarə qəzası baş verib. Laqos aeroportuna enməyə çalışan təyyarənin kiçik bir sərnişin təyyarəsi olduğu təxmin edilir.

Qəzadan sonra əraziyə tüstü yayılıb. Rəsmi məlumata görə, qəzaya uğrayan təyyarə Akuredəki hava limanından qalxıb. Hadisə şahidləri təyyarənin tamamilə yandığını bildiriblər.

Təlafat barədə hələlik məlumat verilmir.

Rəhim Qədirov
AzNews.az