Gülər Əhmədovanın vəkili ərini aldadıb- Açıqlama

3 Oktyabr 2013 16:11 (UTC+04:00)
Dələduzluqda şübhəli bilinən Amid Qurbanov saxlanılıb. O, tanınmış hüquqşünas Zülfiyyə Bayramovanın etibarından sui-istifadə edərək onun 18 min 500 ABŞ dollarını mənimsəyib.

Yasamal Rayon Polis İdarəsindən publika.az-a verilən məlumata görə, aldığı pulun müqabilində Amid Zülfiyyə üçün Gürcüstandan avtomobil gətirməli olub. Pul avqust ayında verilsə də, avtombil bu günə qədər gəlib çıxmayıb. Saxlanaraq istintaqa cəlb edilən Amid Qurbanov zərərçəkmiş tərəfindən şərləndiyini deyib:

"Zülfiyyəni 1 ilə yaxındır ki, tanıyıram. Onu ziyafət məclislərinin birindən tanımışam. Zülfiyyənin sürdüyü maşın mənimdir. Amma o, ərini aldadıb ki, guya maşın özünə məxsusdur. İndi məni şərləyir ki, ona borcum var. Gətirsin maşınımı qoysun cərimə meydançasına, aydınlaşdıraq, görək nə məsələdir".

Faktla bağlı Yasmal RPİ-də CM-ni 178.3.2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə başlayanıb.

Qeyd edək ki, tanınmış hüquqşunas Zülfiyyə Bayramova ANS televiziyasında "Günə baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.

AzNews.az