Dünyanın ən bahalı brilyantı

3 Oktyabr 2013 17:10 (UTC+04:00)
"Sotheby`s" hərrac evi dünyanın ən bahalı brilyantlarından birini hərraca çıxarmağa hazırlaşır. Söhbət hazırda Honq-Konqda nümayiş etdirilən "Pink Star" adlı çəhrayı brilyantdan gedir. Qiymətli daşın çəkisi 59,6 karat təşkil edir və bu, indiyədək hərraca çıxarılmış ən bahalı brilyant olacaq.

Ekspertlər bu qiymətli daşı təxminən 60 milyon dollar dəyərində qiymətləndirirlər. Çəhrayı brilyantın hərracı noyabrın 13-də Cenevrədə keçiriləcək.
İngilis dilindən tərcümədə "çəhrayı ulduz" mənasını verən "Pink Star" öz çəkisinə görə 2010-cu ildə "Sotheby`s" hərracında satılmış "Graff Pink" brilyantından 2 dəfə böyükdür. Həmin brilyant 45,6 milyon dollara satılmışdı.(ANS PRESS)