Yasamalda aşan ağac ziyan vurdu - Video

3 Oktyabr 2013 17:17 (UTC+04:00)
Bakının Yasamal rayonunda aşan ağac ziyan vurub. Hadisə ötən axşam Şərifzadə küçəsində qeydə alınıb. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, ağac 3 maşının üstünə aşıb. Ziyan dəymiş maşınlardan biri "KamAZ", digər ikisi isə minik maşını olub.
Aşan ağacın budaqları yaxınlıqdan keçən gənc qızın üstünə düşərək, onun yüngül xəsarət almasına səbəb olub.
Hadisə şahidlərinin sözlərinə görə, ağacın aşmasına səbəb onun quruması və küləkli hava şəraitinə tab gətirməməsi olub.




AzNews.az