Putindən azərbaycanlıların əleyhinə yeni LAYİHƏ: “Ruslarla əvəzlənsinlər“
3 Oktyabr 2013 20:52 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin hökumətə miqrantlarla bağlı yeni təklif verib. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prezidentin təklifinin əsasında miqrantların bəzi sahələrdə yerli sakinlərlə əvəzlənməsi dayanır. Putunun fikrincə, ilk növbədə ticarət sahəsində miqrantları yerlilər əvəzləməlidir. Xatırladaq ki, Rusiyada ticarət sahəsində işləyən miqrantlar arasında azərbaycanlılar çoxluq təşkil edir.
Putin "Deputatlarla bərabər bu barədə fikirləşmək lazımdır. Qanunu sərtləşdirmək lazımdırmı? Lazımdır. Qanunu bir neçə dəfə pozanlar üçün tədbirlər düşünülməlidir" deyə, prezident vurğulayıb.
Hökumət rəhbəri Dmitri Medvedyevə həvalə olunub ki, miqrantların iştikrakına ehtiyac olmayan sahələr müəyyənləşdirilsin.
D.Medvedyevin fikrincə, ticarət sahəsində miqrantların yerli sakinlərlə əvəz edilməsi mümkündür. Ancaq tikinti kimi ağır iş şəraitinin olduğu sahələrdə bu mümkün deyil.
Elnur
AzNews.az