Əsgərlik müddəti azaldılacaq

4 Oktyabr 2013 08:03 (UTC+04:00)
Türkiyədə əsgərlik müddəti azaldılacaq. Bu barədə baş nazir Rəcəb Tayyip Ərdoğan Türkiyənin ATV kanalında müsahibəsi zamanı bildirib.

Əsgərlik müddəti ilə bağlı verilən suala Türkiyə baş naziri belə cavab verib:

"Əsgərlik müddətinin azaldılması ilə bağlı Silahlı Qüvvələr, Baş Qərargah və Müdafiə Nazirliyi ilə həmfikirik. Əsgərlik müddəti azaldılacaq. Belə zənn edirəmki, müddət 12 ay olacaq. Qısa müddətli hərbi xidmət isə əvvəlki kimi saxlanılacaq".

Qeyd edək ki, hazırda Türkiyədə əsgərlik müddəti 18 aydır.(anspress)


AzNews.az