Azərbaycanlı model Rusiyada “patroniça” oldu- Foto

4 Oktyabr 2013 08:23 (UTC+04:00)
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Rusiyanın "Rusiya1" televizıyasından təklif alıb.

AzNews.az xəbər verir ki, model Rusiyanın tanınmış rejissoru Murad Alıyevın dəvəti ilə "Türk tranziti" adlı serialda baş rola çəkilir.

8 bölümlük serialda türk "patroniça" Şahnur obrazını canlandıran Günay artıq Rusiyanın paytaxtı Moskvada baş tutan çəkilişlərin bir hissəsində iştirak edib.

Serial rus yazarı Vladimr Qrinkovun "Turk tranziti" betsellerinin motivləri əsasında çəkilir. Serialda tanınmış rus kıno aktyorları Yanina Studilina, Boris Serbakov, Yulya Melnıkova, Eldar Lebedev, Vladimr Jerebcov, Larisa Kadocinkova, Beso Qataev, Maksim Vajov, Aleksandr Lobanov rol alıb. Günay Musayeva keçirilmiş kastinqdə 380 aktyor arasından seçilib. Serial rus- turk ortaq mafiyasından, rusiyalı əkiz bacıların mafıya tərəfindən oğurlanaraq Turkiyəyə gətirilməsı və daha sonra onların başına gələn hadisələrdən bəhs edir.

Serial gələn ilin ilk ayından etibarən yayımlanacaq.

Bahar
AzNews.az