Amerika Konqresi yaxınlığında atışma: 1 polis yaralandı

4 Oktyabr 2013 09:55 (UTC+04:00)

Vaşinqtondakı Amerika Konqres binasının (US Capitol) olduğu Capitol Hillin yaxınlığında silah səsləri eşidilib. Polis qısa müddətə ərazidəki ofislərin giriş və çıxışlarını bağlayıb.

AzNews.az Türkiyənin İhlas Xəbər Agentliyinə istinadən xəbər verir ki, ABŞ Konqresi binası yaxınlığında 6-7 dəfə silah səsi eşidilib.

İlkin məlumata görə, hadisədə 1 polis yaralanıb. Yerli vaxtla 14:28-də eşidilən silah səslərindən sonra polis məclis üzvlərinə, biznesmenlərə, turist və jurnalistlərə US Capitol kompleksinə sığınmaq əmrini verib.
Amerika mətbuatının son xəbərlərinə görə, hadisə ilə əlaqəsi olduğu ehtimal olunan bir nəfər həbs olunub.

Elman
AzNews.az