“Diffamasiya haqqında” qanun layihəsi müzakirə olunacaq

4 Oktyabr 2013 10:12 (UTC+04:00)
Azərbaycanın "Diffamasiya haqqında" qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyasının oktyabrın 11-12-də keçiriləcək 96-cı plenar sessiyasında müzakirə olunacaq.

APA-nın xəbərinə görə, oktyabrın 11-də komissiyanın ekspertlərinin bu qanun layihəsi haqda hazırladıqları rəy Azərbaycan nümayəndələri ilə müzakirə ediləcək.

Sessiyanın gedişində Rusiya, Gürcüstan, Ukrayna, Monteneqro və Bosniya-Herseqovinanın qanun layihələri də müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, "Diffamasiya haqqında" qanun layihəsi Azərbaycan Milli Məclisinin payız sessiyasının gündəminə daxil edilib.

AzNews.az