Temperatur 0 dərəcəyə düşəcək

4 Oktyabr 2013 10:56 (UTC+04:00)
Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında soyuq, küləkli hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi arabir güclənəcək.

Bunu apa-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, havanın temperaturu gecə və gündüz 11-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 5-də şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.

AzNews.az