Azərbaycan vətəndaşı həbs edildi- Rusiyada

4 Oktyabr 2013 11:00 (UTC+04:00)
Rusiyanın Smolensk vilayətində tədavülə saxta valyuta daxil etmək istəyən 46 yaşlı Azərbaycan vətəndaşı yaxalanıb. APA-nın Rusiya Daxili İşlər Nazirliyinin Smolensk üzrə İdarəsinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan azərbaycanlı saxta əsginasları Moskva şəhərində əldə edib. O, Smolenskin Roslavl rayonunda saxlanılarkən avtomobilində 5 min rubl dəyərində 26 əsginas aşkarlanıb.

Fakt üzrə cinayət işi qaldırılıb.

AzNews.az