Könül Xasıyeva: “Canəli Əkbərovun fikirləri ilə razı deyləm”

4 Oktyabr 2013 11:20 (UTC+04:00)

Xalq artisti, muğam ifaçısı Canəli Əkbərov "Lider" telekanalında yayımlanan "Pərdə" verilişində maraqlı açıqlama ilə çıxış edib. O, bildirib ki, "hoppananlara" 20 min manat verən toy sahibləri muğam ifaçısına 2 min manat vermək istəmirlər.

Əməkdar artist Könül Xasıyeva isə AzNews.az-a deyib ki, muğam ifaçılarına az pul verilməsi fikri doğru deyil: "Mən o fikirlə razı deyiləm. Elə adam var ki, kasıbdı, amma övladı toyunda mənim oxumağımı istəyir. Mən ona necə qiymət deyə bilərəm? Amma eləsi də var ki, sən ağzını açmamış özü qiymət deyir. Mən toy sahiblərindən Könül Xasıyeva sənətinə diqqət gördüm".

Bahar Rüstəmli
AzNews.az