Lənkəranda ağır yol qəzası: ölənlər var

4 Oktyabr 2013 13:24 (UTC+04:00)
Oktyabrın 3-də Lənkəran rayonunda ağır yol qəzası baş verib.


AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saat 19.00 radələrində Lənkəran rayonu Boradigah qəsəbəsinin ərazisində Liman şəhər sakini Mirsütun Əzizovun idarə etdiyi "VAZ-21145" markalı və Lənkəran şəhər sakini Elnur Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əzizov və sərnişini, Liman şəhər sakini Ramazan Babayev hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

AzNews.az