Milli Şuranın sabahkı mitinqi ilə bağlı AÇIQLAMA

4 Oktyabr 2013 13:29 (UTC+04:00)
"Sabah Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin təbliğatı ilə əlaqədar təşkil olunan mitinqində 4 nəfər çıxış edəcək". Bunu AzNews.az-a açıqlamasında AXCP-nin sədr müavini, Milli Şuranın mitinq Komitəsinin üzvü Asəf Quliyev bildirib.

Onun sözlərinə görə, sabahkı mitinqə hazırlıq işləri tam yekunlaşıb: "4 nəfər çıxış edəcək. AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, AXCP-nin Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və prezidentliyə namizəd Cəmil Həsənlinin çıxışı nəzərdə tutulub. Ola bilsin bir və ya ki nəfər də artırıla bilər".

A.Quliyev onu da bildirib ki, Milli Şuranın oktyabrın 5-ə təyin edilən mitinqini AXCP fəalı Sahib Kərimov aparacaq.

Bahar Rüstəmli
AzNews.az