YAP-dan Abbas Abbasovun açıqlamasına reaksiya

4 Oktyabr 2013 14:17 (UTC+04:00)
Yeni Azərbaycan Partiyası "Azerros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı verdiyi bəyanata münasibət açıqlayıb.

Hakim partiyanın İcra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az-a açıqlamasında A.Abbasovun prezident İlham Əliyevi dəstəkləməsinin normal olduğunu bildirib.

Onun sözlərinə görə, bütün azərbaycanlılar yaşadıqları ölkədən asılı olmayaraq seçkilərdə İlham Əliyevi dəstəkləyir.

"Bütün Azərbaycan xalqı, istər Rusiyada yaşasın, istərsə də Gürcüstanda yaşasın bu gün bir nəfəri prezident görürlər ki, o da İlham Əliyevdir. Onlar hamılıqla İlham Əliyevi dəstəkləyirlər. Bu normal bir haldır. Hər bir vətəndaşın hüququ var ki, öz dəstəklədiyi şəxsin adını çəksin".

Qeyd edək ki, "Azerros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat verib. A.Abbasov bəyanatında prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini vurğulayıb.

AzNews.az