Prokurorluğun üç əməkdaşı işdən qovuldu

4 Oktyabr 2013 15:27 (UTC+04:00)
Azərbaycanda üç prokurorluq işçisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı Vüsal Müslümov, Bakı şəhər Prokurorluğunun əməkdaşları Valeh Vəliyev və Çingiz Hacıyev işdə yol verdikləri kobud qanun pozuntularına görə prokurorluq orqanlarından xaric ediliblər.

AzNews.az