Zəfər Quliyev yayılan xəbərləri təkzib etdi

4 Oktyabr 2013 16:33 (UTC+04:00)
Aznews.az bildirir ki, teleqraf.com –da Ziyalılar Forumunun üzvü və "El" Hərəkatının sədr müavini Zəfər Quliyevin Milli Şuranı boykot etdiyi barədə xəbər yayılıb.

Bu barədə ətraflı məlumat almaq üçün Zəfər bəylə əlaqə saxladıq. O, haqqında yazılan xəbərləri təkzib etdi. Onun sözlərinə görə yazılan bu məlumatlar hamısı yalandır. "Mənim adımdan yayılan xəbər tamamiylə yalandır, iftiradır, təxribatdır. Mən heç zaman Milli Şuranı və Ziyalılar Forumunu boykot etməmişəm və bu barədə heç bir fikir səsləndirməmişəm".

Bahar Rüstəmli
Aznews.az