Müctəba Əhmədinin qətli terror aktı deyil

4 Oktyabr 2013 17:39 (UTC+04:00)
İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") sözçüsü Ramazan Şərif oktyabrın 4-də jurnalistlərə açıqlamasında qurumun komandirlərindən olan Müctəba Əhmədinin qətlinin terror aktı olduğunu təkzib edib.


"Media forum" saytının məlumatına görə, Ramazan Şərif deyib ki, Müctəba Əhmədinin qətlinin səbəbi araşdırılır: "Əvvəlcə bu şəxsin ölümü şübhəli görünürdü. Elə güman edilirdi ki, hansısa bir terror aktı baş verib. Lakin sonrakı araşdırmalar göstərdi ki, bu, bir terror aktı deyil. Hazırda hadisənin səbəbi araşdırılır".

Bir neçə gün əvvəl "Sepah"ın kiber ordusunun komandanı Müctəba Əhmədinin Kərəc şəhərinin yaxınlığında, meşə zolağında meyiti tapılıb. Əhmədi ürəyindən iki güllə ilə vurularaq qətlə yetirilib.

Əhmədini sonuncu dəfə sentyabrın 28-də görüblər. Oktyabrın 2-də onun meyitini yerli sakinlərdən biri tapıb.

AzNews.az