Aslan Aslanov gümüş medal aldı

4 Oktyabr 2013 18:44 (UTC+04:00)
Moldovanın paytaxtı Kişineuda MDB üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının (MDB İnformşura) XVII iclası olub.


"Qafqazinfo" xəbər verir ki, iclasda Moldova, Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan, Ukrayna və Ermənistanın iformasiya agentliklərinin, MDB İcraiyyə Komitəsinin rəhbərləri və nümayəndələri iştirak edib. Tədbirdə AzərTAc-ı Rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva təmsil edir.

AzərTAc xəbər verir ki, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın sədrlik etdiyi iclasın gündəliyinə 2014-cü ildə informasiya sahəsində əməkdaşlıq məsələləri, MDB Milli İnformaisya Agentlikləri Assosiasiyası (ANİA) çərçivəsində müştərək layihələr, 2013-cü ildə Belarus Respublikasının ANİA-da sədrliyinin kütləvi-informasiya vasitələrində işıqlandırılması və başqa məsələlər daxil idi.

Moldpress agentliyinin baş direktoru Vladimir Dariye bu agentliyin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

MDB İcraiyyə Komitəsinin İnformasiya-Təhlil Departamentinin direktoru Aleksandr Zavarzin AzərTAc-ın baş direktoru Aslan Aslanovun və "Qazaxıstan İnformasiya Agentliyi" Milli şirkətinin - KAZİNFORM-un prezidenti Dauren Diyarovun MDB iştirakçısı olan dövlətlərin inteqrasiyasının inkişafına verdikləri töhfəyə görə "MDB-nin yubiley gümüş medalı"na layiq görüldüyünü elan edib.

Elə həmin gün MDB İnformasiya Şurasının iclasının iştirakçılarının Moldovanın Baş naziri Yuri Lyanke və Moldova Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüşü olub.

AzNews.az