Yarmarkadan 41 arıçı uzaqlaşdırıldı - Video

4 Oktyabr 2013 18:56 (UTC+04:00)
Sentyabrın 5-də dəniz vağzalında start götürən arıçılıq məhsullarının 14-cü Respublika Sərgi Satış Yarmarkası sabah başa çatır. 47 rayondan ümumilikdə 320 arıçının öz məhsullarını nümayiş etdirdiyi yarmarkada alıcılar sarıdan izdiham yaşanırdı. Arıçılar satdıqları balı ağız dolusu tərifləyir, alıcılarsa təmiz və keyfiyyətli bal seçimini edirdilər.

Satıcılar Zaqatala, Masallı,Şəki və digər bölgələrdən satışa çıxardıqları bal məhsullarının dadı və keyfiyyətinin alıcıları qane etdiyni deyir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yarmarkada satılan balın 1 kq-nın qiyməti arıçıların razılığı ilə 15 manat təyin olunub. Bu bir ay ərzində əsasən Balakən, Zaqatala, Qax kimi rayonların bal məhsullarına tələbat daha çox olub. Saxta bal məhsullarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər də görülüb.

Kənd Təsərrüfatı Nazirliynin şöbə müdiri Çingiz Fərəcovun sözlərinə görə, ümumilikdə 300 ton bal satılıb. 41 arıçı saxta bal satdığı üçün yarmarkadan uzaqlaşdırılıb.
Xatırladaq ki, bir aydır ki, davam edən bal yarmarkası sabah saat 16:00-da yekunlaşacaq.





AzNews.az