Şəhriyar Məmmədyarov iddiaçılar sırasına çıxıb

4 Oktyabr 2013 19:02 (UTC+04:00)
Şəhriyar Məmmədyarov "Qran pri"-də ümumi xalların cəminə görə ikinci yeri tutaraq, iddiaçılar yarışına rəsmi olaraq, çıxıb.

Lent.az-ın məlumatına görə, birinci yeri bolqar Veselin Topalov tutub. Həmyerlimizi yalnız italiyalı Fabiano Karuana üstələ bilərdi. Bunun üçün o, Parisdə keçirilən "Qran pri"-nin qalibi olmalı idi. Ancaq bu yarşı o, birinci yeri Boris Gelfandla bölüşdüyündən yetərincə xal toplaya bilməyib. Onların hər biri bu yarışda 7 xal toplayıb. Bununla da italiyalı şahmatçı Ş.Məmmədyarovdan geri qalıb.

AzNews.az