ATƏT DTİHB-nin direktoru Azərbaycana gələcək

4 Oktyabr 2013 19:13 (UTC+04:00)
Gələn həftə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanez Lenarçiç Bakıya gələcək.

Büronun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.

Y.Lenarçiç səsvermə günü bir sıra seçki məntəqələrinə baş çəkəcək.

Qeyd edək ki, ATƏT DTİHB rəsmi Bakının rəsmi dəvəti ilə Azərbaycana qısamüddətli və uzunmüddətli müşahidə missiyası göndərmək barədə qərar qəbul edib.


AzNews.az