Şəmkirdə ağır yol qəzası-2 nəfər öldü

4 Oktyabr 2013 19:58 (UTC+04:00)
Bu gün günorta saat 13.00 radələrində Şəmkir rayonunda 2 nəfərin ölümü ilə nəticələn ağır yol–nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı- Qazax-Gürcüstan avto magistralının 389 km, rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Rayon sakini 29 yaşlı Malik Məhərrəmov idarə etdiyi 20 CS 267 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə Gəncə istiqmatində hərəkətdə olarkən qarşıdan gələn həm yerlisi 45 yaşlı İlqar Aslanovun idarə etdiyi 57 BE 146 dövlət nömrə nişanlı VAZ 2101markalı maşınla toqquşub. Nəticədə VAZ 2101 sürücüsü və onun 41 yaşlı həyat yoldaşı Təranə Aslanova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Onların meyidi Şəmkir rayon Məhkəmə Tibbi Ekspertizanın morquna aparılıb. Digər sürücü isə yüngül bədən xəsarətləri alıb.

Xatırladaq ki "Mercedes" sürücüsü Malik Məhərrəmov Şəmkir rayon polis şöbəsi Dövlət polis bolməsinin YPX serjantıdır.

Faktla bağlı Şəmkir rayon prakrorluğunda cinayyət işi açılıb. Qəzanın dəqiq səbəbləri aparılacaq avto texniki ekispertizanın rəyindən sonra bilinəcək.(ANS PRESS)