Timoşenko həbsdən Almaniyaya aparılır

4 Oktyabr 2013 20:27 (UTC+04:00)
Timoşenko həbsdən Almaniyaya aparılır

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko Almaniyada müalicə olunmaq təklifini qəbul edib. Bu barədə onun müdafiəçisi Sergey Vlasenko məlumat verib.
Avropa Parlamentinin nümayəndələrinin bu barədə təklifi həbsdə olan eks baş nazir tərəfindən qəbul edilib. "Pet Koks və Aleksandr Kvasnevski mənə bu təkilif etdilər və mən bu təklifi qəbul etdiyimi bəyan edirəm" deyən eks baş nazirin açıqlamasını onun müdafiəçisi açıqlayıb.
Bundan başqa AP-nin missiyası Timoşenkonun azad edilməsi ilə bağlı Ukrayna prezidentinə müraciət edib.
Bəzi mütəxəssislərin fikrincə, Timoşenkonun Almaniyaya müaıicəyə göndərilməsi onun ölkədən çıxarılması üçün əsas ola bilər.

Elnur
AzNews.az