İran Ermənistanı daha sıx əməkdaşlığa səsləyir

4 Oktyabr 2013 20:53 (UTC+04:00)

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, İran prezidentinin birinci müavini İsaq Cahangiri Tehranı və Yerevanı daha sıx işbirliyinə səsləyib.İ.Cahangiri Ermənistan baş naziri Tiqran Sarkisyana yönələn mesajında Ermənistanı siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirməyə çağırib.O qeyd edib ki, bu iki dövlətin əlaqələrinin genişləndirilməsi bölgə və bütün dünyada sülhün bərqərar olmasına xidmət edəcək.Cahangiri erməni xalqını 22-ci Müstəqillik İldönümü münasibəti ilə də təbrik edib.

Azər
AzNews.az