Minik avtomobili KamAZ-la toqquşdu; ölən var

5 Oktyabr 2013 07:01 (UTC+04:00)
Abşeron rayonunda "Daewoo" markalı minik avtomobili və KamAZ yük avtomobili toqquşub.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

"Daewoo" markalı minik avtomobilinin sürücüsü, 1975-ci il təvəllüdlü Ağayarov Ağayar Ağamusa oğlu hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə "Daewoo" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzNews.az