Misirdə qarşıdurma; 7 ölü, 140 yaralı

5 Oktyabr 2013 07:10 (UTC+04:00)
Misirdə devrilmiş Prezident Məhəmməd Mursinin tərəfdarları ilə asayiş keşikçiləri arasında baş vermiş qarşıdurma nəticəsində 7 nəfər ölüb, 140 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu yerli KİV-ə daxili işlər naziri Seyid Şəfiq deyib.

Bundan əvvəl 4 nəfərin həlak olduğu bildirilirdi.
Polis qüvvələri tərəfindən 44 nəfərin saxlanıldığı deyilir.

AzNews.az