Türkiyə və İraq arasında ilk

5 Oktyabr 2013 07:59 (UTC+04:00)

İraqın regional kürd rəhbərliyinin təbii sərvətlər naziri Aştı Havrami bölgədən Türkiyəyə neft göndəriləcəyini bəyan edib. Bu bəyanatı o, İngiltərənin mühafizəkar partiyalarının nümayəndələri ilə görüşündə səsləndirib.

Kürd nazir bildirib ki, 2015-ci ildə Türkiyəyə gündə 1 milyon barel neft göndərilməsi planlaşdırılır. 2019-cu ildə isə bu rəqəm gündə 2 milyon barelə çatacaq.

Beləliklə də bu iki ölkə arasında bağlanan ilk neft müqaviləsi olacaq.


Elcan Məmmədov
AzNews.az