Rəqsanə “Heydər, İlham - Azərbaycan” deyəcək

5 Oktyabr 2013 08:00 (UTC+04:00)
Ötən gün təyyarə ilə Moskvadan birbaşa Qəbələyə gəlib, tədbilərin birinə qatılan müğənni Rəqsanə İsmayılova vəd etdiyi klip çəkilişini bu günlərdə həyata keçirəcək.

Bunu AzNews.az-a müğənninin özü bildirib. Müğənni yeni klipini "Heydər, İlham - Azərbaycan" mahnısına çəkdirəcək: "Seçkilərdə bir qalib görürəm. O, prezidentimiz İlham Əliyevdir. Onun qələbəsinə inanıram və bu klipi öncədən həmin qalibiyyətə həsr edirəm".

Qeyd edək ki, müğənni Rəqsanənin Azərbaycan səfəri 3 gün davam edəcək.

Bahar Rüstəmli
AzNews.az