Berluskoninin senator statusu geri alındı

5 Oktyabr 2013 08:10 (UTC+04:00)
İtaliya Senatının komissiyası keçmiş baş nazir Silvio Berluskoninin senatorluqdan azad edilməsi barədə qərar qəbul edib. Vergi yayındırmaq ittihamı ilə barəsində həbs qərarı çıxarılan Berluskoni barədə son qərarı komissiya sədri senator Dario Stefano açıqlayıb.
O bildirib ki, Berluskoni barədə qərar 6 saat davam edən toplantıda qəbul edilib.

Komissiyanın qərarı Senatda səsverməyə çıxarılacaq.

Rəhim Qədirov
AzNews.az