İslandiyada 2,5 milyon avroluq ilk məscid

5 Oktyabr 2013 08:31 (UTC+04:00)

İslandiyada ilk məscid tikiləcək. AzNews.az "European"a istinadən bildirir ki, İslandiyanın ilk məscidində ibadətxana, kitabxana və mühafizə zalı olacaq.

İnşaatın 2,5 milyon avroya başa gələcəyi bildirilir. Hazırda İslandiya əhalisinin 0,4 faizi və ya 1200 sakini müsəlmandır. Müsəlmanların əksəriyyəti paytaxt Reykyavikdə yaşayır.

Elcan Məmmədov
AzNews.az