Bakıda 20 yaşlı oğlan itkin düşdü

5 Oktyabr 2013 09:40 (UTC+04:00)
Bakıda 20 yaşlı oğlan itkin düşüb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1993-cü il təvəllüdlü Bəybala Elçin oğlu Mirzəyev yaşadığı Hüseyn Cavid prospekti, ev 37 ünvanından sentyabrın 28-də saat 09:30 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda B.Mirzəyevin tapılması istiqamətində iş aparılır.

AzNews.az