Əsəd Ərdoğanı təhqir etdi
5 Oktyabr 2013 10:53 (UTC+04:00)
Türkiyənin məşhur telejurnalisti Uğur Dündar dünən axşam Xalq Tv-də efirə gedən "Xalq arenası" proqramında Bəşər Əsədlə etdiyi müsahibədən danışıb.
Onun dediklərinə görə, Əsəd müsahibə zamanı Ərdoğan haqqında ağır sözlər işlədib. Teleaparıcı Əsədin Türkiyənin baş naziri barədə dediklərindən sitat da gətitib:
"Bir insan necə on minlərlə insanı öldürən terroristləri dəstəkləyən birinə çevrilər? Bu göstərir ki, o düzgün adam deyil. Ancaq Türk xalqının bilməsi lazım olan ən əsas məsələ, Ərdoğanın nə qədər yalançı insan olmasıdır. İnsan qapalı ideologiyaya yönlənincə şəxsiyyət problemləri yaşayan birinə çevrilir. Ərdoğan ən aşağı səviyyədə əxlaqı dəyərlərə belə sahib deyil".
Rəhim Qədirov
Aznews.az