Acanda dollar yeyən it - FOTO

5 Oktyabr 2013 15:20 (UTC+04:00)
Kolorado əyalətində maraqlı hadisə baş verib. 12 yaşındakı Sundanse adlı itin sahibi Veyn Klinkel restoranların birinə girib və itini maşında qoyub. Ac olan it, Klinkelin avtomobildə qoyduğu 100 dollarlıq beş əskinası yeyib.

Klinkel pulunu geri ala bilmək üçün itinin nəcisindən çıxardığı bütün pul parçalarını yığıb bir-birinə yapışdırıb. Bu pulları Maliyyə Nazirliyinə göndərən Klinkel əvəzində 500 dollarlıq çek alıb.

Sundanse adlı itin 100 dollar dəyərindəki beş əskinası yeyib, 1 dollar dəyərindəki əskinasa toxunmaması diqqət çəkib.

Rəhim Qədirov
AzNews.az