Səfir ABŞ-Türkiyə münasibətlərindən danışdı

5 Oktyabr 2013 12:05 (UTC+04:00)
ABŞ Türkiyə demokratiyasına inanır. Bunu ABŞ-ın Ankaradakı səfiri Frensis Rikardone deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton bu ölkədə aparılan demokratik islahatları diqqətlə izləyir.

Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 30-da demokratikləşmə üzrə yeni tədbirlər paketini açıqlamışdı.
Demokratikləşmə paketinə əsasən, Türkiyənin bütün siyasi partiyaları iki sədrli sistemə keçəcəklər. Yəni partiyaların rəhbərliyi iki sədr tərəfindən həyata keçiriləcək.

R.T.Ərdoğan bildirib ki, partiyalar seçkiqabağı təşviqat zamanı türk dilindən başqa, ölkədə danışılan digər dillərdən də istifadə edə bilərlər.
Paketdə qeyd edilir ki, ölkə daxilində millətlərarası münaqişələri aradan qaldırmaq məqsədi ilə milli zəmində baş vermiş cinayətə görə həbs müddəti 3 ilədək artırılacaq.

Bundan əlavə, paket Türkiyədə dövlət strukturlarında baş örtüyü qadağasının ləğvini nəzərdə tutur.(trend)

AzNews.az