Tacikistana silah idxalı dayandırıldı

5 Oktyabr 2013 12:10 (UTC+04:00)
Mərkəzi Asiya ölkəsi Tacikistan silah idxalını müvəqqəti olaraq dayandırıb.


Dövlət başçısı İmaməli Rəhman ölkədə silah və silah istifadəsinin təşkil edilməsi ilə bağlı fərman imzalayıb. Bu fərmanın cəmiyyətin nizamı, vətəndaşların təhlükəsizliyini təmin etmək və cinayətlərin qarşısını almaq məqsədi ilə imzalandığı qeyd edilib. Yeni fərmana görə, ilin sonuna qədər vətəndaşların istifadə edə biləcəyi tapança növündə olan silahların idxalı müvəqqəti dayandırılıb. Həmçinin, silah daşımaq, istifadə etmək, satın almaq və əldən başqasına vermək qadağan edilib.(teleqraf.com)

AzNews.az