Şərqi Azərbaycanda tufan

5 Oktyabr 2013 18:50 (UTC+04:00)
Oktyabrın 4-də Şərqi Azərbaycan əyalətində tufan baş verib.

APA-nın AZOH-a istinadən məlumatına görə, günortadan sonra əsən güclü külək Urmiya gölündəki ekoloji fəlakət səbəbindən qalaqlanmış duz kütləsini Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhəri və ətraf ərazilərə səpələyib. Nəticədə, güclü külək şəhər, kənd və qəsəbələrin təsərrüfatına ciddi ziyan vurub, yolları dağıdıb, ağacları kökündən qoparıb, hətta özü ilə gətirdiyi duz kütlələrini əkin sahələri, bağlar və yollara səpələyib.

Qeyd edək ki, Urmiya gölü Güney Azərbaycanın Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70%-i son 50 ildə quruyub və ərazi şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər isə bunun nəticəsində duz fırtınalarının baş verəcəyini və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağını barədə dəfələrlə xəbərdarlıq ediblər.

AzNews.az