ŞOK! Dünyaca məşhur rejissor intihar etdi

5 Oktyabr 2013 21:55 (UTC+04:00)
Tanınmış İtaliya kinorejissoru Lizzani 92 yaşında özünü öldürüb.

AzNews.az RİA NOVOSTİ-yə istinadən xəbər verir ki, Karlo Lizzani bu gün Romada 4-cü mərtəbədə yerləşən mənzilinin pəncərəsindən özünü ataraq, 92 yaşında intihar edib. Karlo Lizzani tanınmış kinorejissor, ssenarist, kino tənqidçisi idi.

O, 1922-ci ilin aprelində Romada anadan olmuşdu. Əvvəlcə tanınmış italyan neorealistləri Roberto Rosseliani, Cuzeppe de Santis və Alberto Lattuda ilə əməkdaşliq etmişdi. Sonra o, Milanda rejissor assistenti kimi fəaliyyət göstərmişdi.
O özunun "Cənub nədənsə dəyişilib" ilk sənədli filmini 1950-ci ildə çəkmişdi. Sonra "Ehtiyatli olun. Quldurlar", "Kasıb sevgililərin povesti", "Verona prosesi", "Milan quldurları", "Ağilsız Co", "Mussolini,axırıncı akt" filmləri ona dünya şöhrəti qazandırdı. SSRİ-də yenidənqurma başlayanda "Cənab Qorbaçov" filmini çəkdi " və bu film Venesiya kinofestivalında geniş ictimai əks -səda doğurdu.
Onun axırıncı bədii filmi olan "Meina oteli" 2007-ci ildə ekrana çıxdı.

Axır illər o, televiziya üçün sənədli filmlər çəkirdi.
O, İtaliyanın yüksək dövlət mükafatlarına laiq görülmüşdü.

Xatırladaq ki, 2010-cu ilin noyabrında həyatınin 96-cı ilində tanınmış itralyan kinorejissoru və komedioqrafı Mario Moniçelli də özunu pəcərədən ataraq öldürmüşdü.

Əli
AzNews.az