Bakı-Şamaxı yolunda dəhşətli qəza

6 Oktyabr 2013 16:43 (UTC+04:00)
Bu gün Bakı-Şamaxı yolunun 62-ci kilometrliyində - Qobustan rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "FORD" markalı yük avtomobil toqquşub.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verək ki, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

"VAZ" markalı avtomobilin sürücüsü Səmədov Ramiz Ələddin oğlu və sərnişini Səmədova Minarə Ömər qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar.

Cəsədlər təhlükəsizlik qaydalarına riayət olunmaqla, yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azər
AzNews.az