Alla Puqaçova ana oldu

7 Oktyabr 2013 07:00 (UTC+04:00)
Rusiya estradasının primadonnası 64 yaşlı Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin valideyn olublar. Əkizlər - oğlan və qız uşaqları sentyabrın 18-də surroqat anadan dünyaya gəliblər. Trend-in məlumatına görə, bunu RİA Novosti-yə müğənninin mətbuat katibi Yelena Çuprakova deyib.

Y.Çuprakova bildirib: "İki uşaq - oğlan və qız - doğulub. Mən təfərrüatları bilmirəm, lakin onları surroqat ana dünyaya gətirib. Əkizlər sentyabrın 18-də anadan olublar. Qızın adını Liza, oğlanın adını isə Harri qoyublar".

Qeyd edək ki, A.Puqaçova və M.Qalkin rəsmi olaraq 23 dekabr 2011-ci ildə ailə həyatı qurublar.

AzNews.az