Misirdə qarşıdurmalar: 44 ölü, 240 yaralı
7 Oktyabr 2013 07:38 (UTC+04:00)
Misirdə devrilmiş Prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş vermiş qarşıdurmalar zamanı 44 nəfər həlak olub.
Polisin nümayişçilərə atəş açması nəticəsində ölənlərin sayının 44-ə, xəsarət alanların isə 240-a çatdığı bildirilir.
Misir Səhiyyə Nazirliyi bu ana qədər 40-ı paytaxt Qahirədə olmaqla ölkə ərazisində ən azı 44 nəfərin həyatını itirdiyini, 240-dan çox insanın isə yaralandığını açıqlayıb.
Daxili İşlər Nazirliyi toqquşmalarda 423 M.Mursi tərəfdarının saxlanıldığını bəyan edib.(trend)
AzNews.az