İranda 3 nəfər edam edilib - FOTO

7 Oktyabr 2013 08:15 (UTC+04:00)
İranda 3 nəfər edam edilib.

APA-nın məlumatına görə, onlardan ikisi Mazandaran vilayətində əhalinin gözü qarşısında, biri isə Hörmüzqan vilayətində həbsxana daxilində asılıb.

Hər üç məhbus qətldə günahlandırılıb.

Onlardan ikisi oktyabrın 5-də səhər saatlarında Babol şəhərində "Ana" meydanında ictimaiyyətin gözü qarşısında edam edilib. Bu səhnəni məhbusların qətlə yetirdiyi şəxslərin yaxınları da izləyiblər. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Digər məhbus isə Bəndər Abbas şəhərinin mərkəzi həbsxanasında asılıb. Ancaq bu edam cəzasının icrası ilə bağlı İran KİV-i və məhkəmə orqanları heç bir məlumat verməyib.

AzNews.az