AMEA-da yeni təyinat

7 Oktyabr 2013 09:18 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil və kadrlar şöbəsinin rəis müavini təsdiq edilib.


AzNews.az Akademiyanın saytına istinadən xəbər verir ki, AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA RH-nin Mərkəzi Aparatının Təhsil və kadrlar şöbəsinin rəis müavini vəzifəsinə Svetlana Kərimova təsdiq olunub.

S.Kərimova 1956-cı ildə anadan olub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. AMEA RH Mərkəzi Aparatının Doktorantura və kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyib.

AzNews.az