Küçədən “RQD 5“ və “F-1“ tapıldı

1 Avqust 2012 10:52 (UTC+04:00)


Bakıda küçədə döyüş
sursatı tapılıb.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi
saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar
telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda yolun
kənarında döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin
müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin
görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra
nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə
aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı
olan 1 ədəd "RQD 5" və 1 ədəd "F-1" markalı (alışdırıcıları
ilə birlikdə) əl qumbaralarıdır. Aşkarlanmış partlayış təhlükəli hərbi
sursatlar müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və
aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisə yerinə əlavə baxış keçirilib
və digər şübhəli əşya aşkar edilməyib.