Bağdadda daha bir partlayış: 10 ölü, 22 yaralı

7 Oktyabr 2013 13:51 (UTC+04:00)

Bağdadın 80 kilometr şimalındakı Səlahəddin rayonunda kafenin yaxınlığında park olunmuş maşın partladılıb.

Partlayış nəticəsində 10 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Qeyd edək ki, həmin kafe əvvəllər də buna bənzər bir hücuma hədəf olmuşdu.


Rəhim Qədirov
AzNews.az