“Canavar” 8 can aldı

7 Oktyabr 2013 14:00 (UTC+04:00)

Meksikada "canavar yük maşını" nümayişində faciə baş verib. Nümayişdə avtomobillərin üzərindən "atlamaq" istəyən yük maşını tamaşaçıları əzib.

Qəzada biri uşaq olmaqla, 8 nəfər ölüb, 80 nəfər yaralanıb. Ölü sayının artacağı istisna olunmur. Bəzi şahidlər yük maşınının sürücüsünün başının şou zamanı zədələndiyi və bu səbəbdən sürücünün idarəetməni itirdiyini bildirir.

Üç gün davam etməsi planlaşdırılan nümayiş qəza səbəbiylə təxirə salınıb.

Rəhim Qədirov
AzNews.az